Raqif Abbasov: "Hər bir gəncimiz düşmənə qarşı qətiyyətlə döyüşmyə hazırdır” AÇIQLAMA

"Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ayrı-ayrı rayonlarının mülki vətəndaşlar yaşayan kəndlərini güllə-barana tutması, onları qətlə yetirməsi, ərazi bütövlüyümüzə qarşı edilən təcavüzü davam etdirməsinə beynəlxalq təşkilatlar və dünya ictimaiyyəti tərəfindən reaksiya veriməlidir". Bunu SİA-ya açıqlamasında Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.

O qeyd edib ki, ermənilər mülki vətəndaşları qətlə yetirməklə bir daha bütün dünyaya məqsəd və məramlarını çatdırırlar: "Bütün dünya Azərbaycanın ərazi bütövlüyü tanıyır. Ermənistan beynəxalq təşkilatların qətnamələrinə, qərarlarına riayət edərək torpaqlarımızı tərk etməlidirlər. Yoxsa onları acınaqlı vəziyyət gözləyir. Azərbaycan gəncliyi Ali Baş Komandanın əmrini gözləyir. Hər bir gəncimiz Azərbaycanın ərazi bütövlüyünün bərbası uğrunda düşmənə qarşı qətiyyətlə döyüşmyə hazırdır".

Bütün xəbərlər Facebook səhifəmizdə