Aprelin 30-da Moskvada Azərbaycanın tanınmış şahmatçısı, beynəlxalq qrossmeyster, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan turnir keçiriləcək. SİA xəbər verir ki, turnir Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun, Ümumrusiya Azərbaycan Konqresinin dəstəyi ilə Moskva Millətlər Evində təşkil olunacaq.
Turnirdə iştirak üçün ərizələrin qəbulu [email protected] ünvanı vasitəsilə aparılır. Əlavə məlumatı (+7965) 448-03-03 nömrəli telefon vasitəsilə almaq mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB