Azərbaycan birinciliyi davam edir

Respublika Şahmat Mərkəzində 14, 16, 18 yaşadək yeniyetmə və gənclər arasında Azərbaycan birinciliyi davam edir. SİA-nın məlumatına görə, yarışda Bakı şahmatçıları ilə yanaşı, Naxçıvan, Gəncə, Sumqayıt, Lənkəran, Quba, Ucar, Zərdab, Neftçala, Şəmkir, Cəbrayıl və Qax təmsilçiləri də mübarizə aparırlar. Azərbaycan birinciliyində 57 zəka sahibi (onlardan 28 nəfəri qızlardır) iştirak edir.

Yarışlar beynəlxalq dərəcəli hakim Qüdrət İsmayılovun rəhbərliyi ilə dairəvi sistem üzrə keçirilir. Yekun nəticələrə əsasən, hər yaş qrupunda birinci yeri tutan şahmatçılar bu il sentyabrın 1-15-də Rusiyanın Xantı-Mansiysk şəhərində keçiriləcək dünya çempionatına vəsiqə qazanacaqlar. İkinci yerdə qərarlaşacaq şahmatçılar isə avqustun 17-dən 28-dək Praqada keçiriləcək Avropa birinciliyində çıxış edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...