Könüllülər “Təbəssüm bəxş et” adlı aksiya keçirəcəklər

Könüllülər “Təbəssüm bəxş et” adlı aksiya keçirəcəklər

Bakıda keçiriləcək "Formula-1" üzrə Avropa Qran Prisinin könüllüləri bu gün "Təbəssüm bəxş et" adlı aksiya keçirəcəklər. SİA-nın məlumatına görə, aksiya saat 16:30-da Fəvvarələr meydanında ("McDonalds"ın qarşısından) başlayacaq. Könüllülər özləri düzəltdikləri, üzərinə xoş sözlər yazdıqları smaylikləri şəhər əhalisinə bağışlayaraq gülüş günündə insanlara təbəssüm bəxş edəcəklər. Tədbirdə 30-40 könüllünün iştirakı nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə