"Fənərbaxça" və Türkiyə millisinin futbolçusu Gökhan Gönülün orqanizmində istifadəsi qadağan olunmuş dərman preparatı aşkarlanıb. "NTV Spor"un verdiyi xəbərə görə, Gökhan fevralın 12-i "Kasımpaşa" ilə matçda qabırğası qırıldığından fevralın 29-da "Beşikaş"la oyuna ağrıkəsici iynədən istifadə edərək çıxıb. Oyundan sonra dopinq-testdən keçməli futbolçular sırasında yer alan G.Gönülün analizi müsbət nəticə verib.
"Fənərbağça" Gönülün qabırğasındakı qırıq səbəbindən istifadəsi qadağan olunmuş ağrıkəsicidən istifadə etdiklərini qəbul edib.
Qaydalara görə, belə maddədən istifadə etməzdən öncə səlahiyyətli şəxslərə məlumat verilməlidi. Klub müalicənin hər dövründə bununla bağlı Türkiyə Futbol Federasiyasına məlumat verdiklərini bildirib.
Əgər federasiyanın vaxtında məlumatlandırılmadığı aşkarlanarsa, o zaman futbolçunu 2 illik diskvalifikasiya gözləyir. TFF-nin İntizam Komitəsi məsələ ilə bağlı araşdırmaya başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB