"Rio-2016" Yay Olimpiya Oyunlarının təsnifat yarışlarına ciddi hazırlaşan kişi və qadınlardan ibarət boks üzrə Azərbaycan milli komandaları martın 27-dən etibarən İtaliyanın Assizi şəhərində təlim-məşq toplanışını davam etdirir. SİA-nın məlumatına görə, Azərbaycan Boks Federasiyasından bildiriblər ki, baş məşqçi Pedro Roke və böyük məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında kişilərdən ibarət komandamızın heyətində Rüfət Hüseynov, Elvin Məmişzadə, Cavid Çələbiyev, Lorenso Sotomayor, Kamran Şahsuvarlı, Teymur Məmmədov, Abdulkadir Abdullayev və Məhəmmədrəsul Məcidov yer alıb. Komandanın böyük məşqçisi Nəriman Abdullayevin deyib ki, hazırlıq plana uyğun şəkildə, yüksək templə davam edir. O, artıq sparrinq döyüşlərinin keçirildiyini də vurğulayıb.
Qadınlardan ibarət millimizə gəlincə, Əzizə Abbasova, Anaxanım Ağayeva, Ayzamat Hacıyeva, Məryəm Cəbrayılova və Viktoriya İsmayılova baş məşqçi Aleksandr Denisovun rəhbərliyi altında İtaliyaya yollanıb.
Təlim-məşq toplanışı aprelin 6-dək davam edəcək.
Qeyd edək ki, "Rio-2016" Yay Olimpiya Oyunlarının təsnifat yarışları Türkiyənin Samsun şəhərində keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB