Bu gün Topaz Premyer Liqasının XXVII turu çərçivəsində AZAL "Qəbələ" ilə qarşılaşıb. SİA-nın məlumatına görə, "AZAL Arena"da keçirilən oyunu İnqilab Məmmədov idarə edib. Ona Mübariz Haşımov, Nahid Əliyev və Fariz Yusifov kömək ediblər.
AZAL-ın ilk 11-liyində meydana Stanislav Namaşko, Rail Məlikov (k), Tural Hümbətov, Emin Cəfərquliyev, Kamal Mirzəyev, İlqar Ələkbərov, Kamil Hüseynov, Murad Səttarlı, Aydın Qasımov, Ruslan Nəsirli və Adan Koronado çıxıb. Ehtiyat oyunçular skamyasında isə Amil Ağacanov, Qvanzav Maqomedov, Hacı Əhmədov, İsmayıl İbrahimli, Məhəmməd Bədəlbəyli, Nuqzar Kvirtiya və Mirzağa Hüseynpur gözləyib.
"Qəbələ"nin start heyətində isə Dmitri Bezotosni, Elvin Camalov, Rəşad Sadiqov (k), Ermin Zets, Asif Məmmədov, Aleksey Qay, Rikardinyo, Ürfan Abbasov, Rafael Santos, Samir Zərgərov və Ruslan Abışov yer alıb. Bu komandanın ehtiyat oyunçularının sırasında David Pietrzkeviç, Voislav Stankoviç, Pavel Paşayev, Arif Daşdəmirov, Rəşad Eyubov, Aleksey Antonov və Roman Hüseynov olub.
Hər zaman Şüvəlanda gözəl oyun nümayiş etdirən "təyyarəçilər" bu dəfə də ənənələrinə sadiq qalıblar. Oyunun 36-cı dəqiqəsində qonaq komandanın futbolçusu Aleksey Qay penaltidən hesabı açsa da, meydan sahibləri qələbə qazanmağı bacarıblar. Belə ki, qarşılaşmanın 53-cü dəqiqəsində Tural Hümbətov hesabda tarazlıq yaradıb. Bundan 20 dəqiqə sonra isə onun komanda yoldaşı Murad Səttarlı qələbə qolunu vurub. Oyun bu hesabla da başa çatıb - 2:1.
Matçdan sonra keçirilən mətbuat konfransında AZAL-ın baş məşqçisi Tərlan Əhmədov komandasının yaxşı oyun göstərdiyini, qələbənin ədalətli olduğunu bildirib. O, yetirmələrinin bütün məqamlarda rəqibdən geri qalmadıqlarını vurğulayıb.
Qeyd edək ki, AZAL 36 xalla turnir cədvəlinin 6 pilləsində qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB