"Avro-2016" futbol üzrə Avropa çempionatına hazırlıq çərçivəsində Türkiyə millisi Vyanada Avstriya yığması ilə yoxlama oyunu keçirib. SİA-nın məlumatına görə, hesabı 22-ci dəqiqədə Avstriya millisinin hücumçusu Zlatko Yunuzoviç açıb. Oyunun ilk hissəsinin sonuna yaxın türk hücumçu Hakan Çalhanoğlu cərimə zərbəsini dəqiq yerinə yetirərək hesabı bərarəbərləşdirib-1:1.
Polşalı hakimlər briqadasının idarə etdiyi oyunun ikinci hissəsi başlayan kimi Türkiyə yığması təşəbbüsü ələ alıb. Qarşılaşmanın 56-cı dəqiqəsində avstriyalı qapıçının buraxdığı səhvdən istifadə edən Arda Turan komandasını hesabda irəli çıxarıb-2:1.
Fatih Terimin yetirmələri ikinci hissədə üstünlüyü əldən verməyib və oyunu qələbə ilə başa vurublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB