"İngiltərə və İtaliya futbolunu bəyənirəm"
Messinin bəyəndiyi çempionat

"Barselona"nın futbolçusu Lionel Messi gələcək karyerası haqda növbəti açıqlama verib. İspaniya mətbuatının yaydığı xəbərə görə, argentinalı hücumçu futbolçu karyerasını Kataloniya klubunda başa vurmaq istədiyini deyib: "İngiltərə və İtaliya futbolunu bəyənirəm. Bu ölkələrin liqalarındakı derbiləri izləyirəm. Ancaq mən karyeramı "Barselona"da başa vurmaq istəyirəm. Şərtlər bu cür davam etsə, Kataloniya klubundan ayrılmayacam".

Bütün xəbərlər Facebook səhifəmizdə