“Nou Kamp” stadionu Yohan Kroyfun adını daşıya bilər

Kroyfun çıxış etdiyi “14” nömrəsinin əbədiləşdirilməsi məsələsi də gündəmdə olacaq
“Nou Kamp” stadionu Yohan Kroyfun adını daşıya bilər

"Barselona" futbol klubunun stadionu "Nou Kamp"a dörd gün əvvəl vəfat edən Yohan Kroyfun adı verilə bilər. "Sport" qəzeti xəbər verir ki, martın 29-da klubun direktorlar şurası məsələnin müzakirəsi üçün növbədənkənar yığıncaq təşkil edəcək. İclasda kataloniyalı azarkeşlərin "Nou Kamp"ın adını dəyişdirilib əfsanəvi hollandın adına verilməsi təklifi ilə yanaşı Kroyfun çıxış etdiyi "14" nömrəsinin əbədiləşdirilməsi məsələsi də gündəmdə olacaq. Hazırda bu nömrə ilə "Barselona"nın yarımmüdafiəçisi Havyer Maskerano çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə