Şəki 2016 Yay Ekstremal İdman növləri düşərgəsi

Şəki 2016 Yay Ekstremal İdman növləri düşərgəsi

"Şəki 2016 Yay Ekstremal İdman növləri düşərgəsi" layihəsi çərçivəsində 24-26 Mart 2016-cı il tarixlərində "NUXA Gənclər Alyansı"nın təşkilatçılığı ilə Paraplan idman növünün layihə öncəsi təbliğatı məqsədilə Şəki şəhər Gələrsən-Görərsən,Daşbulaq və Cəfərabad ərazilərində təlim-məşq düşərgəsi həyata keçirilib. SİA-nın məlumatına görə, 10 nəfərdən ibarət iştirakçı təlim zamanı ilk olaraq dağçılıq haqqında təlim keçmiş, Gələrsən-Görərsən qalasına praktiki sınaq yürüşü ediblər. Paraplan təliminin nəzəri hissəsini Gürcüstandan məhz xüsusi olaraq "Şəki 2016 yay ekstremal idman növləri düşərgəsi" üçün dəvət olunmuş beynəlxalq paraplan təlimçisi İrakli Kapanadze keçmişdir. İştirakçılar ilk olaraq nəzəri təlim keçərək paraplanı başları üzərinə qaldırmış və praktiki təlim keçərək yüksəkliyi 462 metr olan yamacdan uçuş həyata keçiriblər.

Qeyd edək ki, "Şəki 2016 Yay Ekstremal İdman növləri düşərgəsi"nin əsas məqsədi ekstremal idman növlərinin təbliği və ekstrim sevənlərin bir araya gətirilməsidir. Düşərgə 25-31 iyul 2016-cı il tarixlərində keçirilməsi nəzərdə tutulub və düşərgə zamanı 11 ekstremal idman növü; offroad, dağçılıq, paraplan, parkur, skeytbordinq, bokinq, rollerbleydinq, qraffiti, Bicycle Moto Cross (BMX), zorbinq, qayaya dırmanma üzrə təlim məşğələlər keçiriləcək və düşərgə iştirakçıları bu idman növləri üzrə nəzəri biliklər əldə etmək və onları təcrübədən keçirmək imkanı qazanacaqlar.

Düşərgədə iştirak pulsuz olacaq və iştirakçıların qeydiyyatı onlayn şəkildə aparılacaqdır. Düşərgəmizin təntənəli açılış və bağlanış mərasiminin keçirilməsi nəzərdə tutulur və bu tədbirlərə Rumuniyalı məshur müğənni Akcent və Rusiyadan məşhur reper Timatinin iştirakı rəng qatacaqdır. Qeydiyyatın başlanmasına dair elan səhifəmizdə və müvafiq web saytımızda dərc olunacaqdır. https://www.facebook.com/shekimount/ https://www.youtube.com/channel/UCPnEWpU2KlcWTOjiT0rC-aQ

Bütün xəbərlər Facebook səhifəmizdə