Beş yaşlı azərbaycanlı beynəlxalq turnirdə birinci oldu FOTOLAR

Beş yaşlı azərbaycanlı beynəlxalq turnirdə birinci oldu FOTOLAR

Macarıstanın paytaxtı Budapeştdə keçirilən bədii gimnastika üzrə 3-cü beynəlxalq "Bahar kuboku-2016" turniri yekunlaşıb. SİA-nın məlumatına görə, mötəbər yarışda Macarıstan respublikasını təmsil edən 5 yaşlı azərbaycanlı gimnast Mina Abbasova bütün rəqiblərini geridə qoyaraq 1-ci pilləyə yüksəlib. "Bahar kuboku-2016" turniri 2001-2011-ci il təvəllüdlü idmançılar arasında keçirilib. Turnirdə ev sahibi Macarıstanla yanaşı, 17 ölkənin təmsilçiləri, o cümlədən, İtaliya, Rusiya, Çexiya, Kipr, Almaniya, Qazaxıstan, Ukrayna, İsrail, Qırğızıstan, Slovakiya, Estoniya, Bosniya-Hersoqovina, Polşa, Lüksenburq, Moldova, Bolqarıstan, İsveçrə və başqa ölkələrin idmançıları iştirak edib.

Güclü rəqibləri ilə mübarizədə birinci olmağı bacaran 5 yaşlı həmyerlimiz Mina Abbasova cəmi 6 aydır ki, peşəkar gimnastika ilə məşğul olsa da, yaşıdları arasında fərqlənərək, Beynəlxalq turnirə vəsiqə qazana bilib.

Qeyd edək ki, Mina Abbasova Əməkdar incəsənət xadimi, tanınmış rejissor Əliqismət Lalayevin nəvəsidir. Minanın anası, gənc və istedadlı yazıçı-jurnalist Əzizə Lalayeva ailə vəziyyəti ilə əlaqədar müvəqqəti olaraq Macarıstanda yaşayır.

Bütün xəbərlər Facebook səhifəmizdə