İran İslam Respublikasının paytaxtı Tehran şəhərində güləş üzrə yeniyetmələr arasında "Yadigar İmam Kuboku" uğrunda ənənəvi beynəlxalq turnir keçirilib. SİA-nın məlumatına görə, bu dəfəki turniri digərlərindən fərqləndirən cəhət yeniyetmələr arasında ilk dəfə komanda yarışı xarakterli olması idi.
Yarışda həm sərbəst, həm də yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət yığma komandanın üzvləri iştirak edib. Turnirdə Azərbaycanla yanaşı, Belarus, Bolqarıstan, Gürcüstan, Ermənistan, Yunanıstan, İraq, Macarıstan, Qırğızıstan, Suriya, Ukrayna və İran komandaları mübarizə aparıb.
Yunan-Roma güləşi yarışlarında ölkəmiz iki komanda ilə təmsil olunub. Əsas yığmanın üzvləri qrupda keçirdikləri bütün görüşləri qələbə ilə başa vuraraq finala yüksəliblər. Həlledici görüşdə İran güləşçilərinə uduzan komandamızın üzvləri turnirin gümüş medallarına layiq görülüblər. Digər komanda isə son görüşdə Macarıstan yığmasını məğlub edib və turniri 9-cu sırada başa vurub.
Sərbəst güləş üzrə yığmanın üzvləri turniri 5-ci sırada tamamlayıb. Güləşçilərimiz son görüşdə Gürcüstan yığmasını üstələyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB