Karateçilərimiz "Boğaziçi" turnirini 12 medalla başa vurdular

Karateçilərimiz "Boğaziçi" turnirini 12 medalla başa vurdular

Karateçilərimiz Türkiyədə keçirilən ənənəvi "Boğaziçi Açıq" beynəlxalq karate turnirindən 12 medalla qayıdırlar. Azərbaycan Milli Karate Federasiyasının Media və İctimaiyyətlə işlər katibi Sənan Məhərrəmovun SİA-ya versdiyi məlumata görə, mükafatların ikisi qızıl, üçü gümüş, yeddisi isə bürünc medaldır.

Fərdi yarşlarda Tural Ağalarzadə (-67 kq) və Samir Məmmədov (-75 kq) mötəbər turnirin qalibi olublar. Niyazi Əliyev (-67 kq), Ayxan Mamayev (-84 kq) və Neda Rezai (kata) gümüş medallar qazanıblar. Bürünc mükafatlara isə Müseyib Məmmədov (yeniyetmələr -52 kq), Asiman Qurbanlı və Əli Cəfərov (+84 kq), həmçinin Nuranə Əliyeva (-50 kq) və Fəridə Əliyeva (+68 kq) sahih olublar.

Komanda yarışlarına qatılan idmançılarımızdan Nuranə Əliyeva, Fəridə Abiyeva və Fəridə Əliyevadan ibarət heyət, eləcə də Pənah Abdullayev, Rafiz Həsənov, Şahin Atamov, Əli Cəfərov, Asiman Qurbanlı və Tural Ələkbərlidən ibarət komanda 3-cü yeri tutub.

İstanbulun Aslı Çakır Alptekin Atletizm Salonunda uşaqlar, yeniyetmələr, gənclər və veteran karateçilər arasında 29-cu dəfə keçirilən və ümumi mükafat fondu 82 min dollar olan nüfuzlu yarışda 28 ölkədən 780 idmançı iştirak edib.

Qeyd edək ki, mayın əvvəlində Fransada keçiriləcək Avropa çempionatına hazırlaşan böyüklərdən ibarət milli komandamızın bir sıra üzvlərini aprelin əvvəlində Dubayda daha nüfuzlu Premyer Liqa turniri gözləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə