Mourinyo ayda 1,66 milyon funt sterlinq alacaq

Portuqaliyalı mütəxəssis "qırmızı şeytanlar"la 3 illik müqavilə imzalayacaq
Mourinyo ayda 1,66 milyon funt sterlinq alacaq

"Mançester Yunayted"lə anlaşan Joze Mourinyonun maaşı açıqlanıb. Portuqaliyalı mütəxəssis "qırmızı şeytanlar"la 3 illik müqavilə imzalayacaq.

İddiaya görə, Mourinyo "Mançester Yunayted"də 3 ilə 60 milyon funt-sterlinq (təxminən 138 milyon 594 min manat) qazanacaq.

Yəni o, ildə 20 milyon funt-sterlinq (təxminən 46 milyon 198 min manat) qazanacaq.

Qeyd edək ki, bundan əvvəl Pep Qvardiola "Mançester Siti" ilə illik 15 milyon funt-sterlinq (təxminən 34 milyon 648 min manat) dəyərində müqavilə imzalamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə