Braziliya futbolunun müasir dövrdə yetişdirdiyi əfsanələrdən biri olan Ronaldinyo futbolçu karyerasının son klubu müəyyənləşmək üzrədi. "Sambaçı" iki ölkə arasında seçim edir.
Məlumata görə, futbolçununr meneceri olan qardaşı Roberto Assis Çin və ABŞ-ın hər birində bir klubla danışıqlar aparır. Assis özü də xəbəri təsdiqləyib: "Onun üçün ən yaxşı seçim ABŞ və Çin olacaq".
Qeyd edək ki, son olaraq vətənində "Fluminense" klubunda çıxış etmiş Ronaldinyo karyerası ərzində Braziliyanın "Qremio", "Atletiko Mineyro", "Flamenqo", Fransanın PSJ, İspaniyanın "Barselona", İtaliyanın "Milan" və Meksikanın "Queretaro" klublarında çıxış edib.
Klub və yığma karyeraları 21 kubok kazanan futbolçunun şəxsi uğurlarının sayı onlarladı. 2005-ci ildə "Ballon d`Or"a (Qızıl top) sahib çıxan Ronaldinyo "Qremio"dan PSJ-yə 5.1, Paris klubundan "Barselona"ya 32.2, Kataloniya təmsilçisindən "Milan"a 25, İtaliya klubundan "Flamenqo"ya 3 milyon avroya transfer olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB