Braziliya Uruqvayla "sülh bağlayıb"

Braziliya Uruqvayla "sülh bağlayıb"

Futbol üzrə "DÇ-2018"in Cənubi Amerika zonasında seçmə mərhələsinin növbəti oyunu keçirilib. SİA-nın məlumatına görə, Braziliya doğma meydanda Uruqvayı qəbul edib. Matç 2:2 hesabı ilə başa çatıb.

Beş oyundan sonra Ekvador 13 xalla ilk pillədə qərarlaşıb. Uruqvay 10 xalla 2-ci, Braziliya 8 xalla 3-cüdür.

Braziliya - Uruqvay - 2:2
Qollar: Duqlas Kosta, 1 (1:0), Renato Auqusto, 26 (1:1), Edinson Kavani, 32 (2:1), Luis Suares, 48 (2:2)

Bütün xəbərlər Facebook səhifəmizdə