Beynəlxalq yoldaşlıq oyunları keçirilib NƏTİCƏLƏR

Beynəlxalq yoldaşlıq oyunları keçirilib NƏTİCƏLƏR

Dünyanın yaşıl meydanlarında futbol üzrə beynəlxalq yoldaşlıq oyunları davam edir. SİA-nın məlumatına görə, dünən gecə daha bir neçə oyun keçirilib. Hollandiya evdə Fransaya uduzub - 2:3. İrlandiya öz meydanında İsveçrəyə qalib gəlib - 1:0. Slovakiya - Latviya oyununda qapılara qol vurulmayıb. Bosniya və Hersoqavina millisi səfərdə Lüksemburqa 3:0 hesabı ilə qalib gəlib.

25 mart

Beynəlxalq yoldaşlıq oyunları

23:15. Lüksemburq - Bosniya və Hersoqovina 0:3
Qollar: Çanot, 73, Dyuriç, 75, Pyaniç, 90+2

23:30. Slovakiya - Latviya 0:0

23:45. İrlandiya - İsveçrə 1:0
Qol: Klark, 2

23:45. Hollandiya - Fransa 2:3
Qollar: Qriezman, 6 (0:1), Jiru, 13 (0:2), De Yonq, 47 (1:2), Afellay, 86 (2:2), Matuidi, 88 (2:3)

Bütün xəbərlər Facebook səhifəmizdə