Əfsanəvi futbolçu Johan Cruyff 68 yaşında dünyasını dəyişib. SİA-nın hurriyet.com-a istinadən verdiyi xəbərə görə, ağciyər xərçəngindən əziyyət çəkən hollandiyalı futbolçu fevralda verdiyi açıqlamasında müalicəsinin müsbət nəticə verdiyini bildirsə də, xəstəlikdən xilas ola bilməyib.
Qeyd edək ki, Cruyff 1973-cü ildə Barselona futbol klubuna transfer olmuşdur. Həmçinin, bir çox oyunda Hollandiya milli komandasının kapitanı seçilmişdir. O, idman karyerası müddətində 3 dəfə Avropada "İlin futbolçusu" mükafatına layiq görülmüşdür.
Kubra Bayramova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB