Almaniya Bundesliqasında 27-ci tura start verilib. SİA-nın məlumatına görə, "Şalke" doğma meydanda Münhenqladbax "Borussiya"sı ilə qarşılaşıb. Matç "Şalke"nin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə ilə xalını 44-ə yüksəldən "Şalke" turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, çempionata 66 xalla "Bavariya" liderlik edir. "Borussiya" (Dortmund) 61 xalla 2-ci, "Herta" 45 xalla 3-cüdür.
"Şalke" - "Borussiya" (Münhenqladbax) 2:1
Qollar: Martin Hinteregger, 59 (1:0), Andreas Kristensen, 79 (1:1), Leon Qoretzka, 83 (2:1)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB