Benzemanın başı üzərində buludlar dolaşır

Benzemanın başı üzərində buludlar dolaşır

Madridin "Real" klubunun forvardı Kərim Benzema narkotik ticarəti ilə əlaqədar pulların yuyulmasında şübhəli bilinir. Bu işlə bağlı təhqiqat 2015-ci ilin sentyabr ayında başlayıb. Bununla yanaşı, futbolçunun özünün də bu fırıldaqda böyük məbləğdə pul itirdiyi iddia olunur.

Xatırladaq ki, Benzema, həmçinin Matyö Valbueni şantaj etməkdə günahlandırılır. Məhz bu səbəbdən o, Fransa yığma komandasından uzaqlaşdırılıb. Bundan başqa, forvard sürət həddini aşdığına görə sürücülük vəsiqəsindən də məhrum olunub.

Benzema 2009-cu ildən "Kral klubunun" heyətində çıxış edir. Fransız futbolçu hazırkı mövsümdə Madridin "Real" klubunun heyətində müxtəlif turnirlərdə 25 oyun keçirərək rəqib qapılarına 23 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə