Stolüstü tennis üzrə komanda yarışları başa çatıb

Stolüstü tennis üzrə komanda yarışları başa çatıb

Gənclər və İdman Nazirliyinin, Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə yeniyetmələr arasında keçirilən ölkə birinciliyinə yekun vurulub. Federasiyadan SİA-ya verilən məlumata görə, "Şüa" İdman-Sağlamlıq Mərkəzində keçirilən turnirdə 1998-2000-ci il təvəllüdlü oğlanlardan ibarət komandaların yarışında Sumqayıt təmsilçiləri birinci yeri tutublar. İkinci sırada paytaxt tennisçiləri qərarlaşıblar. Şirvan və Şabran idmançıları isə 3-4-cü yerləri bölüşdürüblər.

Eyni yaşlı qızlardan ibarət komandalar arasında mübarizədə isə Sumqayıt, Şirvan və Şabran komandaları müvafiq olaraq ilk üç sırada qərarlaşıb.

Turnirdə 2001-ci il təvəllüdlü və daha aşağı yaşlı oğlanlardan ibarət komandaların yarışında "Bakı-1" və Şabran komandaları birinci və ikinci olub. Üçüncü-dördüncü yerləri "Təhsil-1" və "Bakı-2" komandaları bölüşdürüblər.

Eyni yaşlı qızlardan ibarət komandaların yarışında "Bakı-1" birinci, Şabran ikinci olub. "Bakı-2" və "Şəki-1" komandaları isə 3-4-cü yerlərdə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə