Güləşçilərimiz U-23 Avropa çempionatına hazırlıqları davam etdirirlər

Güləşçilərimiz U-23 Avropa çempionatına hazırlıqları davam etdirirlər

Martın 29-dan aprelin 3-dək Bolqarıstanın Ruse şəhərində güləş üzrə U-23 Avropa çempionatı keçiriləcək. SİA-nın məlumatına görə, yığma komandalarımız çempionata hazırlıqları Olimpiya Güləş Mərkəzində davam etdirir. Təlim-məşq toplanışına ümumilikdə 18 sərbəst, 27 yunan-Roma və 12 qadın güləşçi qatılıb.

Çempionatın proqramına əsasən, 29-30 martda yunan-Roma, 31 mart - 1 apreldə qadın, 2-3 apreldə isə sərbəst güləşçilər arasında qaliblər müəyyənləşəcək.

Xatırladaq ki, ötən il ilk dəfə keçirilən U-23 Avropa çempionatında yığma komandalarımız ümumilikdə 1 qızıl, 2 gümüş və 6 bürünc medala sahib olub.

Məlumat üçün bildirək ki, U-23 Avropa çempionatında 19-23 yaş arası idmançılar mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə