Azad Rəhimov Orelia Buşezi qəbul edib

Azad Rəhimov Orelia Buşezi qəbul edib

Gənclər və idman naziri Azad Rəhimov Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Orelia Buşezi qəbul edib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüş zamanı gənclər və idman sahələrində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub, hər iki sahəyə məsul şəxslərin görüşlərinin faydasının önəmi diqqətə çatdırılıb.

Nazir A.Rəhimov ilk Avropa Oyunları zamanı bir sıra fransız şirkət və mütəxəssislərinin oyunların hazırlıq işlərinə cəlb olunduqlarını qeyd edib. O, eyni zamanda, IV İslam Həmrəylik Oyunlarına hazırlıq işlərinə də fransız mütəxəssislərin cəlb olunmasının mümkünlüyünü vurğulayıb.

Xanım səfir öz növbəsində hər iki ölkə arasında gənclər sahəsində regionlararası münasibətlərin qurulmasının vacibliyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə