Almaniyada yaşayan təqaüdçü Rolf Bentl 2004-cü ildə Çempionlar Liqasının "İnter" - "Basel" matçını izləmək üçün Milana gedib. Oyunun bitməsinə az qalmış tualetə gedən Bentl geri qayıdarkən dostlarını tapa bilməyib.
Avtomobil dayanacağına gedib maşınını yerində görməyəndə dostları tərəfindən tərk edildiyini anlayır. Bir müddət sonra dostlarını axtarmaqdan imtina edir və cibində olan 20 avro, 15 isveçrə frankı ilə Milanda yaşamağa qərar verir.
Qısa müddətdə Milana uyğunlaşan təqaüdçü universitet tələbələri ilə dostluq etməyə başlayır. İsveç qəzetinə danışan Bentl: "Qısa müddətdə özümü Milana aid hiss etdim. Heç vaxt dilənçilik etməsəm də, küçələrdə gecələdim" - deyib.
Çətinliklər içində böyüyən Bentl ata-anası olmadığını, kiçik yaşda uşaq evinə verildiyini bildirib.
Bentl Milan küçələrindən birində gəzərkən yıxılıb və nəticədə ayağı qırılıb. Xəstəxanaya aparılanda sığortasız olduğu müəyyənləşib.
İtəndən 7 il sonra İsveçdə itkin düşdüyü qeyd olunan Bentl əvvəlcə İsveçrə konsulluğuna, sonra Almaniyaya gətirilib. Müalicəsini ölkəsində davam etdirən qoca: "Mənə qalsa geri dönmək istəməzdim. Amma vətənimdən ötrü darıxmışdım" deyə bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB