Martın 15-də Gənclər və İdman Nazirliyi tərəfindən sosial müdafiəyə ehtiyacı olan yeniyetmə və gənclər üçün Novruz şənliyi keçirilib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın SİA-ya verdiyi məlumata görə, tədbirin keçirilməsində məqsəd sosial müdafiəyə ehtiyacı olan yeniyetmə və gənclərə dövlət qayğısının daha da artırılması, onların asudə vaxtlarının səmərəli təşkili olub.
Tədbirdə sağlamlıq imkanları məhdud və məcburi köçkün olan 300 nəfər yeniyetmə və gənc iştirak edib. Onlara baharın gəlişindən xəbər verən Novruz bayramına aid maraqlı şən səhnəciklər göstərilib ki, bu da iştirakçıların xoş ovqatına, böyük sevincinə səbəb olub.
Azərbaycanın gənc incəsənət xadimlərinin şənlik iştirakçıları qarşısında çıxışları onlar üçün xüsusi bahar sürprizinə çevrilib. Bayram şənliyinin sonunda tədbirdə iştirak edən yeniyetmə və gənclərə hədiyyələr təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB