Bu gün 45 saylı tam orta məktəbin idman zalında Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən rayon məktəblilərinin XXVIII spartakiadasının proqramına daxil olan qızlar arasında voleybol üzrə rayon birinciliyi keçirilib. SİA-nın verdiyi məlumata görə, yarışın keçirilməsində məqsəd məktəbliləri voleybol idman növünə cəlb edərək bu idman növünü daha da inkişaf etdirmək, onların fiziki cəhətdən inkişafının və sağlamlıqlarının qorunmasını təmin etməkdir.
Yarışda rayonun 15 məktəb komandası tərkibində 180 nəfər məktəbli iştirak edib. Yarışın nəticəсinə görə I yerə 291 saylı Ekologiya Liseyin, II yerə 82 saylı məktəbin, III yerə isə 212 saylı məktəbin komandaları layiq görülüblər. Yarışın qalib komandası məktəblilər arasında keçiriləcək spartakiadanın Bakı şəhəri üzrə final mərhələsinə vəsiqə qazanıb.
Yarışda I, II və III yerləri tutmuş komandalar Nərimanov Rayon Gənclər və İdman İdarəsi tətəfindən müvafiq dərəcəli diplom və medallar ilə təltif olunublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB