"Ötən il ölkəmizdə "Kənd təsərrüfatı" ili idi. 2015-ci il bu sahədə uğurlu oldu. Artıq bir çox ərzaq məhsulları ilə özümüzü təmin edirik". SİA-nın məlumatına görə, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Musa Quliyev deyib.
Millət vəkili qeyd edib ki, Azərbaycanda ixracyönümlü məhsullar da istehsal olunur. O vurğulayıb ki, Prezident İlham Əliyev aqrar sistemə daim öz dəstəyini göstərir.
Deputat həmçinin təklif edib ki, Gəncə-Bakı aviareysi hər gün həyata keçirilsin: "Gəncə-Bakı aviareysi qaydaya salınmalıdır. Bunun üçün elə bir böyük vəsait də tələb olunmur. Bu reys gah həyata keçirilir, gah da yox. Sözügedən aviareysdən təkcə həmin regionun insanları istifadə etmir. Bu istiqamətdə hər gün təyyarə reyslərinin təmin olunmasını xahiş edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB