Yadıma gəlir ki, 5 il bundan qabaq redaksiyamıza orta yaşlı, xoş simalı, gülərüz bir insan gəlmişdi və bizə bildirdi ki, Xaçmazda universal döyüşün sirlərini öyrədən idman klubu var. Orada çalışanların sizin təbliğatımıza böyük ehtiyacları var. Həmin şəxs özünü təqdim etdi - Elçin Seyfəl oğlu Quliyev.
- Atam uzun illər müəllim işləyib. Bizi də belə tərbiyə edib ki, hamıya əlimizdən gələn köməklikləri edək. Həmişə xeyirxah insanların yanında olaq. Elçin müəllim onu da vurğuladı ki, Xaçmazdakı "Sarı Süleyman" adına universal döyüş, güləş klubu və onların rəhbəri Süleyman Əliyev orada böyük işlər görür, amma rayonda onlara qarşı etinasızlıq var. Hətta onlara lazım olan kimi yer də vermirlər ki, məşq edə bilsinlər. Mənə də bir azərbaycanlı kimi bu pis təsir edir. Ona görə də sizdən xahiş edirəm ki, onlara dəstək olun. Qoy bu idman klubu dağılmasın. Əgər onlara qayğı olsa, inanıram böyük nəticələr verə bilərlər. Çünki mən Süleymana və onun bacarığına çox inanıram. İstəyirəm ki, orada məşq edən uşaqların gücü, qüvvəsi ədalətə həsr olunsun və onlar ölkəmizin idman şərəfini dünya səviyyəsində qorusunlar. Qoy, onların gücü Vətənimizin çiçəklənməsinə həsr olunsun. Qoy, onlar həmişə sizin köməkliyinizlə diqqət mərkəzində olsunlar. Kulubun rəhbəri Süleyman sübut etmək istəyir ki, biz də varıq və biz də Vətəninizin övladları kimi istəyirik onun idmanı sahəsində öz sözümüzü deyək".

Açığı Elçin Quliyevin bu sözləri bizdə böyük maraq yaratdı. Bu komandanın gördüyü işlərlə yaxından tanış olduq. Elə təxminən 5 il bundan əvvəl biz qəzetimizdə Xaçmazda yaranan "Sarı Süleyman" adlı bu universal döyüş klubu və burada məşğul olanlar haqqında bir neçə yazı çap etdirmişdik. Bu 5 ildə biz həmin klubu izlədik, onlara dayaq olduq və onların əldə etdikləri bir-birindən böyük nailiyyətləri, uğurları görüb, onları dəfələrlə mətbuatda işıqlandırdıq. Rayonun əlaqədar təşkilatlarının rəhbərləri ilə əlaqə saxladıq ki, bu idmançılara daha artıq diqqət yetirsinlər. Onlar da sağ olsunlar ki, bizi eşitdilər.
Beləliklə, Xaçmaz kimi bir əyalət rayonunda bu kollektivin yetişdirdiyi idmançılar təkcə respublika yarışlarında yox, həm də Avropa, dünya birincilikləridən Vətənimizə çoxlu qızıl, gümüş və bürüc medallar gətirdilər. Azərbaycan idmanının şərəfini layiqincə qorudular. Bu klubda Azərbaycan idman tarixinə düşən məhsuldar idmançılar yetişdi.
Yaxın günlərdə Elçin Quliyev mənə zəng vurdu ki, bu udman klubunun yaradıcısı və rəhəbəri Süleyman Əliyevi Bakıya işə dəvət edib, ona artıq daha böyük vəzifə tapşırıblar. Bu münasibətlə də Süleymanla görüşdüm və yeni işini təbrik etdim. Bir daha Süleymanı çoxminli oxucularımızla yaxından tanış edib, onun Xaçmazda işlədiyi vaxtlar özünün və idmançılarının qazandıqları uğurları sizə təqdim edirəm.
Süleyman Əliyev 1977-ci ilin yanvar ayının 19-da anadan olub. 10 yaşından idmanın cüdo güləş növü ilə məşğul olmağa başlayıb. 17 yaşında 60 kloqram çəki dərəcəsi ilə 2 dəfə Sovet İttifaqı Qəhrəmanı, general Həzi Aslanovun xatirəsinə həsr olunan beynəlxalq turnirin qalibi olub. Sonra Daxili Qoşunların xüsüsi xidmət növündə xidmət edib və burada da idmanın qaydasız döyüş növü ilə məşlul olub. Həmişə də meydanı qalib kimi tərk edib. Ordudan qayıdandan sonra Süleyman artıq əsasən qaydasız və universal döyüş növü ilə məşğul olub və çoxlu mükafatlar alıb. Sonra özü məşqçi kimi tələbələr yetişdirib. Məşqçi kimi işlədiyi cəmi iki ilə Əməkdar məşqçi nörmasını yerinə yetirərək, bu fəxri adı alıb.

-Süleyman, əyalətdə qısa vaxtda bu qədər uğurlar qazanmaq, çənin olmadımı?
- Sizə bir həqiqəti deyim. Azərbaycanın şimal bölgəsində şoxlu güclü idmançılar var. Mən, məşqçi kimi Xaçmazda çalışdığım 7 ildə həmin bölgənin kəndlərini gəzib və həmin kəndlərdən çox güclü idmançılar topladım. Və gördüm şimal bölgəsində elə idmançılar var ki, onlarla dünya yanışlarından böyük mükafatlar gətirmək olar. Əfsus ki, Bakıdakı klubların rəhbərləri onları axtarmırlar. Elə misal üçün deyim ki, ilk Olimpiya çempionumuz Nazim Hüseynov şimal bölgəsindəndir. Ona görə də çox istərdim ki, həmin bölgədəki idmançılara diqqət daha çox artırılsın. Mənim Xaçmazdakı idman klubuma dünya və Avropa yarışlarına idmançılar hazirlamağa Respublika səviyyəsində sertifikat verilib. Biz də çalışırıq ki, dünyada Azərbaycanı layiqincə təmsil edə bilən və respublikamıza mükafatlar gətirən idmançılar yetişdirək.
- Bəs necə oldu ki, Süleyman Xaçmazda gördüyü o qədər böyük işləri qoyub Bakıya gəldi?
- 7 ildə Xaçmazda özümün çoxlu davamçılarımı yetişdirmişəm. Onlar orada mənim işlərimi uğurla davam etdirirlər. Məni Respublika Universal Döyüş Fedorasiyasına baş məşqçinin müavini vəzifəsinə dəvət etdilər. Fikirləşdim ki, respublikada daha güclü, dünya səviyyəli idmançılar yetişdirmək üçün bu Fedorasiyanın işlərinə mən də köməklik edim. Amma Xaçmazdakı idman klubunu da yaddan çıxarmıram. Onlara da necə lazımdırsa köməklik edirəm. Mənin bir amalım var: " Fikirləşmə ki, Vətən sənin üçün nə edib. Fikirləş ki, sən Vətən üçün nə edibsən. Ona görə də çalışıram ki, Vətənimizin idmanı sahəsində əlimdən gələni edim".

Fedorasiyadakı işimlə bərabər, biz Vidadi Qarayevlə özümüz də bir universal döyüş idman klubu yaratmışıq. Vidadi müəllim də idmanda böyük nəticələr əldə etmiş mütəxəssisdir. SSRİ İdman Ustasıdır. O, bu yaxınlarda Yunan-Poma güləşi üzrə dünya birinciliyində 5-ci yeri tutub. Onunla bir yerdə əl-ələ verib, dünya yarışlarına çıxarmaq üçün pəhləvanlar yetişdirməyə başlamışıq. İnaniram ki, bu işlərimiz də uğurlu olacaq. Artıq bu işlərimizin ilk müjdəsi oldu. Belə ki, keçən ilin dekabr ayının 30 və 31-də Bakı şəhərində keçirilən qaydasız döyüş üzrə dünya kuboku yarışlarında bizim yetirmələrimizdən bu yarıçda cəni 4 nəfər iştirak edirdi və dördü də böyük nəticələr əldə etdilər. Belə ki, Tərlan Cəfərov və Kərəm Veysov qızıl medala, Qəzənfər Namazov gümüş və Əfqan Abbasov bürünc medala layiq görüldülər. İnanıram ki, yaxın vaxtlarda daha böyük nəticələr əldə edəcəyik. Çünki bizim idmana çox böyük diqqət yetirən, qayğı göstərən İlham Əliyev kimi sevimli prezidentimiz var. Biz də çalışacağıq ki, dövlət başçınızın biz idmançılara olan bütün ümidlərini, inamını doğruldaq.
Mən sizin qəzet vasitəsilə 7 illik məşqçilik dövrümdə bütün işlərimizdə bizə dəstək olan, bizi qara qüvvələrdən qoruyan, dəyərli ziyalı Elçin Quliyevə minnətdaram. 7 il bundan qabaq biz onun xeyir-duası ilə işə başladıq. Bu illərdə böyük uğurlar əldə etdik. İndi də Bakıda onun böyük dəstəyi, bizə verdiyi inamla, əzmkarlıqla işlərimizi qururuq.

Fürsətdən istifadə edib, Respublika Universal Döyüş Fedorasiyasının prezidenti, böyük vətənpərvər insan Azər Həsənova da minnətdarlığımı bildirirəm. O da bizə inandığına görə bütün bu illərdə böyük dəstək olub. Belə ziyalılarla fəxr etmək olar.Yuxarıda dediyim kimi artıq ilk böyük nəticələr də əldə etmişik. Qarşıda bizi daha böyük yarışlar gözləyir.

Biz də inanırıq ki, Süleyman Əliyev və Vidadi Qarayevin birgə qurduqları idman klubu və Azərbaycan Unirersal Qaydasız Döyüş Fedorasiyasının peşəkar məşqçilərinin sayəsində Respublikamızın idmançıları Azərbaycan idmanının tarixinə qızıl həriflərlə yazılan böyük işlər, nəticələr görəcəklər.
Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB