Şəhriyar Məmmədyarov avstraliyalı rəqibini məğlub edib

Şəhriyar Məmmədyarov avstraliyalı rəqibini məğlub edib

Reykyavik şəhərində keçirilən "Reykyavik Open 2016" beynəlxalq şahmat turniri davam edir. Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, 7-ci turda Şəhriyar Məmmədyarovun rəqibi avstraliyalı Moulsun Li olub. Qara fiqurlarla mübarizə aparan təmsilçimiz bu turda qələbə qazanaraq aktivindəki xal ehtiyatını 5.5-ə çatdırıb. Beləliklə, 7 turdan sonra Ş.Məmmədyarov 5.5 xalla 5-ci pillədə qərarlaşıb. 8-ci turda həmyerlimiz Slovakiya təmsilçisi Aleksandr Beliavski ilə qarşılaşacaq.

Qeyd edək ki, turnirdə Azərbaycanla yanaşı, 34 ölkədən 235 şahmatçı qələbə uğurunda mübarizə aparır. Ölkəmizi bu turnirdə beynəlxalq qrossmeyster Şəhriyar Məmmədyarov təmsil edir.

Yarış İsveçrə sistemi ilə keçirilir və 10 turdan ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə