Azərbaycan çempionatı keçiriləcək

Azərbaycan çempionatı keçiriləcək

Martın 15-də Bakı şəhərində kişilər və qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatı start götürəcək. Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, kişilərin çempionatında 34, qadınların çempioatında isə 22 şahmatçı iştirak edəcək.

Çempionatda 1-3-cü yerləri tutan şahmatçılar Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin diplomları və Azərbaycan Şahmat Federasiyasının medalları ilə təltif olunacaqlar. Qadınların çempionatında 1-3-cü yerləri tutan şahmatçılar 2016-cı il şəxsi Avropa Çempionatına ezam ediləcəklər.

Kişilərin turnirinin ümumi mükafat fondu 5000 (beş min) AZN, qadınların turnirinin ümumi mükafat fondu isə 2500 (iki min beş yüz) AZN təşkil edir.

Martın 23-dək davam edəcək yarış İsveçrə sistemi ilə keçiriləcək və 9 turdan ibarət olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə