Xəbər verdiyimiz kimi, dünən Türkiyənin Ankara şəhərində dəhşətli terror aktı törədilib. Hadisə nəticəsində ölənlərin sayı 37-ə çatıb. SİA-nın məlumatına görə, "Qalatasaray" klubunun hücumçusu Umut Bulutun atası Kamal Bulut da terror hadisəsində həyatını itirib. Türkiyə mediasında yayılan xəbərlərdə bildirilir ki, mərhum "Gənclərbirliyi" - "Qalatasaray" matçından evinə qayıdarkən dəhşətli hadisənin qurbanı olub.
Futbolçu atasının vəfat etdiyini səhər məşqində eşidib və dərhal İstanbuldan Ankaraya gedib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB