uefa.org saytında Azərbaycanda futbolun inkişaf eməkdə olması barədə videosüjet yerləşdirilib. SİA-nın məlumatına görə, ölkəmizin bu il U-17 Avropa çempionatının final mərhələsinə ev sahibliyi edəcəyi xüsusi vurğulanan videomaterialda AFFA-nın baş katibi Elxan Məmmədovun, Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin, 21 yaşadək qızlaran ibarət Azərbaycan yığmasının baş məşqçisi Patrisiya Qonzalesin və U-16 qızlar yığmasının üzvü Sanay Fətullayevanın qısa müsahibələri də yer alıb. Videosüjet uefa.org saytında "Football flourishing in U17 host nation Azerbaijan" başlığı ilə təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB