Argentinanın paytaxtı Buenos-Ayresdə cüdo üzrə Panamerika açıq çempionatına yekun vurulub. SİA-nın məlumatına görə, mötəbər turnirdə Azərbaycan milli komandası aktivinə daha bir medal yazdırıb.
90 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Şahin Qəhrəmanov avstraliyalı Dieqo Baretto və argentinalı Mariano Bertolottini məğlub edərək 1/4 finala yüksəlib. Lakin o, 1/4 finalda Rusiya təmsilçisi Kiril Denisova məğlub olaraq təsəlliverici görüşlərə qatılıb. Bu mərhələdə meksikalı İsao Kardenasa qalib gələn Qəhrəmanov bürünc medal uğrunda görüşdə komanda yoldaşı Tural Səfquliyevlə qarşılaşıb. Səfquliyevi də məğlub edən Şahin Qəhrəmanov bürünc medala sahib olub.
Cüdo üzrə Panamerika açıq çempionatında Əbdülhəqq Rəsullu (81 kq) və Tural Səfquliyev (90 kq) 5-ci olublar.
Digər cüdoçumuz Hüseyn Rəhimli (81 kq) isə mübarizəni erkən dayandırıb.
Xatırladaq ki, yarışın birinci günü ölkəmizi 60 kq çəki dərəcəsində təmsil edən Vüqar Şirinli qızıl medala sahib olub.
Bununla da, Azərbaycan milli komandası Argentinanin paytaxtı Buenos-Ayresdə keçirilən cüdo üzrə Panamerika açıq çempionatına 2 medalla (1 qızıl və 1 bürünc) yekun vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB