AZAL Şüvəlanda yenə gözəl oyun nümayiş etdirdi

AZAL Şüvəlanda yenə gözəl oyun nümayiş etdirdi

Futbol üzrə Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində AZAL "Neftçi" ilə qarşılaşıb. SİA-nın məlumatına görə, "AZAL Arena"da keçirilən qarşılaşmanı Əliyar Ağayev idarə edib. Ona Zeynal Zeynalov, Akif Əmirəli və Rəhim Həsənov kömək ediblər.

Komandalar meydana aşağıdakı tərkibdə çıxıblar:

AZAL: 16. Stanislav Namaşko 2. Rail Məlikov (k) 3. Tural Hümbətov 5. Kamil Hüseynov 24. Emin Cəfərquliyev 6.Tagim Novruzov 14. İlqar Ələkbərov 21. Murad Səttarlı 88. Mirzağa Hüseynpur 22. Kamal Mirzəyev 27. Aleksandr Quruli

Ehtiyat oyunçular: 1. Amil Ağacanov 4. Qvanzav Maqomedov 19. Məhəmməd Bədəlbəyli 10. Nuqzar Kvirtiya 77. Adan Koronado 20. İsmayıl İbrahimli 23. Hacı Əhmədov

"Neftçi": 53. Maksim Vaylo 5. Xuan Alberto Melli 6. Aylton Silva 7. Araz Abdullayev (k) 8. Elşən Abdullayev 11. Ruslan Qurbanov 15. Erik Ramos 17. Rəhman Hacıyev 19. Fəhmin Muradbəyli

20. Salas Quinta Antonio 95. Elvin Bədəlov

Ehtiyat oyunçular: 66. Kamran İbrahimov 4. Rahil Məmmədov 9. Nikolas Kanales 26. Kamal Qurbanov 14. Məhəmməd Qurbanov 18. Elşən Rzazadə 61. Təyyar Məmmədov

Şüvəlanda hər zaman gözəl oyun nümayiş etdirən "təyyarəçilər" bu dəfə də ənənələrinə sadiq qalıblar. Matçın 40 dəqiqəsində Kamal Mirzəyev "Neftçi"nin qapısına yol tapıb. Bundan 20 dəqiqə sonra flaqman hesabda tarazlıq yarada bilib. Qonaqların nərabərlik qolunu Nikolas Kanales vurub. AZAL rəqibini təzyiq altında saxlasa da qarşılaşmanın davamında qapılara qol vurulmayıb. Oyun 1:1 hesablı bərabərliklə başa çatıb.

Qeyd edək ki, "təyyarəçilər" 33 xalla turnir cədvəlinin 6 pilləsində qərarlaşıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə