Yığmamız olimpiya üzrə reytinqdə 53-cü sıradadır

Yığmamız olimpiya üzrə reytinqdə 53-cü sıradadır

Stolüstü tennis üzrə Malaziyada keçirilən dünya çempionatı başa çatıb. Azərbaycan Stolüstü Tennis Federasiyasından SİA-ya verilən məlumata görə, çempionatdakı uğurlu çıxışdan sonra Azərbaycanın stolüstü tennis üzrə qadınlardan ibarət yığma komandası reytinqini daha da yaxşılaşdırıb. Belə ki, bundan əvvəl reytinq cədvəlində 77-ci yeri tutan qadınlardan ibarət yığmamız çempionatdan sonra olimpiya üzrə reytinqdə 53-cü sıraya yüksəlib.

Qeyd edək ki, 2015-ci ildə komanda reytinq cədvəlində 86-cı yerdə idi.

Bütün xəbərlər Facebook səhifəmizdə