Elmar Məmmədyarov AFFA İcraiyyə Komitəsinin üzvü seçildi

Elmar Məmmədyarov AFFA İcraiyyə Komitəsinin üzvü seçildi

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) hesabat-seçki konfransı keçirilib. SİA-nın məlumatına görə, konfransda qurumun İcraiyyə Komitəsinin üzvləri müəyyənləşib.

İcraiyyə Komitəsinin üzvləri sırasına Ümümazərbaycan Futbolsevərlərin İctimai Birliyi tərəfindən namizədliyi irəli sürülən Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov da seçilib.

Peşəkar Futbol Liqası - 2 yer

1. Rauf Əliyev - AZAL PFK tərəfindən

2. Vaqif Sadıqov - "Sumqayıt" FK tərəfindən

3. Elşad Nəsirov - "Neftçi" PFK tərəfindən

4. Qurban Qurbanov - "Qarabağ" FK tərəfindən

Regional Futbol Federasiyaları İctimai Birliyi - 2 yer

1. Kazbek Tuayev - Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən

2. İsgəndər Cavadov - Şimal Regional Futbol Federasiyası tərəfindən

Sahə Futbol Federasiyaları - 2 yer

1. Mahir Məmmədov - Azərbaycan Futzal Federasiyası tərəfindən

2. Mirkamil Rəhimov - Uşaq və Gənclər Futbol Federasiyası tərəfindən

İctimai Futbol Təşkilatları - 2 yer

1. Elmar Məmmədyarov - Ümümazərbaycan Futbolsevərlərin İctimai Birliyi tərəfindən

2. Firudin Qurbanov - Futbol Hakimləri İctimai Birliyi tərəfindən

Bütün xəbərlər Facebook səhifəmizdə