Gənclər və idman naziri Azad Rəhimov idmançıların qəbul etməsinin qadağan olunduğu preparat haqqında açıqlama verib. SİA-nın məlumatına görə, nazir qeyd edib ki, meldoniy preparatı qadağan olunub və antidopinq agentliyinin siyahılarına düşüb: "Yanvarın 1-dən idmançılar onu qəbul etməməlidirlər. Ondan öncə isə bir çox idmançılar bunu qəbul ediblər. O zaman bu peraparatın qəbulu qadağan deyildi".
Nazir bildirib ki, Bakıda keçirilən ilk Avropa Oyunları möhtəşəm şəkildə təşkil olunduğuna görə, bəzi agentliklər indiyədək rahat yatma bilmirlər: "İlk Avropa Oyunları Azərbaycan üçün böyük qələbədir. Bu oyunlar idmanın təntənəsi idi. Baxmayaraq ki, üstündən yarım il vaxt keçib onun nüfuzunu azaltmağa əl atırlar. Nəyə görə 2012-ci ildə London Olimpiya Oyunlarında həmin preparatdan qəbul edildiyindən söhbət açılmır. Orda 16 min idmançı iştirak edirdi. Onlardan 6 mini bu preparatdan qəbul edib".
Nazirin sözlərinə görə, bu məsələ gündəmə elə gətirilir ki, guya Avropa Oyunlarında medallar dopinqin nəticəsində qazanılıb: "Bu, tam şəkildə düzgün deyil və siyasi məsələdir. İkili standartlar tətbiq olunur və ilk Avropa Oyunlarının nüfuzunu, yüksək səviyyədə keçirilməsini alçaltmaq cəhdidir. Həmin preparatlardan bütün dünyada qəbul edirlər. Nəyə görə onlarla bağlı bu suallar qalxmır, onlar yoxlanılmır?".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB