Rövnəq Abdullayev yenidən Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti seçilib. SİA-nın məlumatına görə, AFFA-nın növbəti Hesabat-Seçki Konfransında assosiasiya prezidentliyinə yalnız Rövnəq Abdullayevin namizədliyi irəli sürülüb və səsvermədə yekdilliklə qəbul edilib.
R.Abdullayev göstərilən etimada görə, minnətdarlığını bildirib. Etmadı doğrultmağa çalışacağını qeyd edən AFFA prezidenti qarşıda böyük işlərin olduğunu xatırladıb.
Xatırladaq ki, R.Abdullayev 2008-ci ildən AFFA-nın prezidenti vəzifəsində çalışır. AFFA prezidentliyinə hər 4 ildən bir seçkilər keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB