“Kəpəz” “Xəzər Lənkəran” ilə oyunun hazırlıqlarını davam etdirir

“Kəpəz” “Xəzər Lənkəran” ilə oyunun hazırlıqlarını davam etdirir

"Kəpəz" Topaz Premyer Liqasının XXV turunda Gəncədə qarşılaşacağı "Xəzər Lənkəran" ilə oyunun hazırlıqlarını davam etdirir. SİA-nın məlumatına görə, martın 8-dən Bakıda məşqlərə start verən komanda hər gün saat 12:00-da meydana çıxır.

"Sarı-göylər" martın 11-nə kimi hazırlığı paytaxtda keçirəcək. Ayın 12-də Gəncəyə gələcək "Kəpəz" oyun öncəsi son məşqinə matçın keçiriləcəyi şəhər stadionunda çıxacaq. Məşq saat 16:00-da başlayacaq. Hazırlıq prosesi azarkeşlər və media üçün açıq olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə