"Sumqayıt" FK-da Müşahidə Şurasının iclası keçirilib

"Sumqayıt" FK-da Müşahidə Şurasının iclası keçirilib

Martın 9-da "Sumqayıt" Futbol Klubunun Müşahidə Şurasının növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, görüşdə müxtəlif mövzulara toxunub və bəzi vacib məsələr barəsində fikir mübadiləsi aparılıb. Eyni zamanda toplantıda son vaxtlar hakimlərə qarşı yol verilən qeyri-etik davranışlar ön plana çıxararılıb. Görüş zamanı Müşahidə Şurasının üzvləri xoşagəlməz hadisələrlə bağlı narahatçılıq və narazılıqlarını ifadə etməklə yanaşı, futbolçu və məşqçi heyətinə belə halların təkrarlanmaması tapşırığını da veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə