AÇ-nin 3-cü günü 3 güləşçimiz yarışacaq

AÇ-nin 3-cü günü 3 güləşçimiz yarışacaq

Latviyanın paytaxtı Riqada güləş üzrə Avropa çempionatı davam edir. SİA-nın məlumatına görə, yığmamızın üzvləri iki yarış günündə 1 qızıl, 1 gümüş və 1 bürünc medala sahib olublar. Mariya Stadnik qızıl, Aleksandr Qostiyev gümüş, Yuliya Ratkeviç isə bürünc medal qazanıb.

Çempionatın üçüncü günündə daha 3 güləşçimiz xalça üzərinə çıxacaq. Azərbaycan təmsilçisi Alyona Kolesnik (55 kq) mübarizəyə 1/4 final mərhələsindən qoşulacaq. Onun ilk rəqibi Vania Gomes (Portuqaliya)-Simona Pricob (Rumıniya) görüşünün qalibi olacaq.

Çempionatda 61 kiloqram çəki dərəcəsində mübarizə aparan Hacı Əliyevin 1/8 finalda rəqibi yerli idmançı Sarinas Jurcisdir. Cəbrayıl Həsənov (74 kq) isə xalça üzərinə gürcüstanlı Jakov Maxaraşviliyə qarşı çıxacaq.

Final görüşləri Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə