Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin daha 2 cavab oyunu başa çatıb. SİA-nın məlumatına görə, "Kapital Bank Arena"da "Sumqayıt" "Qarabağ"ı, Qəbələ şəhər stadionunda "Qəbələ" "Zirə"ni qəbul edib. Ağdam təmsilçisi səfərdə 1:4, "Qəbələ" isə öz meydanında 5:1 hesabı ilə qalib gəlib.
Beləliklə, "Qarabağ" və "Qəbələ" yarımfinala vəsiqə qazanıb.
Xatırladaq ki, bu gün "Rəvan"ı 3 cavabsız qolla məğlub edən "İnter" də yarımfinala çıxıb.
Nəticələri nəzərinizə çatdırırıq:
Azərbaycan Kuboku
1/4 finalın cavab oyunları
"Qəbələ" - "Zirə" 5:1
Qollar: Aleksey Qay, 5 (1:0), 12 (2:0), Rəşad Sadiqov, 17 (3:0), Nurlan Novruzov, 36 (3:1), Rəşad Eyyubov, 65 (4:1), Ermin Zets, 79 (5:1)
(ilk oyun - 2:1)
Hakimlər: Rauf Cabbarov, Knyaz Əmiraslanov, Coşqun Həsənov, Rəvan Həmzəzadə.
Qəbələ şəhər stadionu.
"Sumqayıt" - "Qarabağ" 1:4
Qollar: Muarem Muarem, 6 (0:1), Samuel Armenteros, 10 (0:2), Muarem Muarem, 50 (0:3), Samuel Armenteros, 58 (0:4), Xəyal Nəcəfov, 63 (1:4)
(ilk oyun - 0:2)
Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Vüqar Bayramov, Ziya Nəsirov.
Sumqayıt. "Kapital Bank Arena".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB