"İnter" yarımfinala yüksəlib

"İnter" yarımfinala yüksəlib

Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən "İnter" - "Rəvan" qarşılaşması yekunlaşıb. SİA-nın məlumatına görə, baş hakim Ramil Diniyevin idarə etdiyi qarşılaşma "İnter Arena"da baş tutub. Oyunda meydan sahibi 3 cavabsız qolla qalib gəlib. Qolları 31-ci dəqiqədə Nika Kvekveskiri, 65-ci dəqiqədə Sezar Meza Kolli, 85-ci dəqiqədə isə Vüqar Nadirov vurub.

Beləliklə, "İnter" yarımfinala yüksəlib.

"İnter" - "Rəvan" 3:0
Qollar: Nika Kvekveskiri, 31 (1:0), Sezar Meza Kolli, 65 (2:0), Vüqar Nadirov, 85 (3:0)
(ilk oyun - 1:2)

Bütün xəbərlər Facebook səhifəmizdə