Çempionlar Liqasında 1/8 finalın cavab oyunlarına start verilib. SİA-nın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutub. Madriddə "Real" "Roma"nı sınağa çəkib. Öncəki görüşdə səfərdə rəqibinə 2:0 hesabı ilə qalib gələn Madrid klubu bu dəfə də eyni hesablı qələbəyə sevinib və 1/4 finala yüksəlib.
Günün digər qarşılaşması Almaniyada keçirilib. Burada "Volfsburq" Belçika "Gent"ini qəbul edib. Öncəki görüşdə səfərdə rəqibinə 3:2 hesabı ilə qalib gələn Almaniya təmsilçisi bu dəfə də qələbə qazanaraq adını 1/4 finala yazdırıb.
Qeyd edək ki, bu gün 1/8 finalın daha iki oyunu keçiriləcək.
Çempionlar Liqası
1/8 finalın cavab oyunları
"Real" (Madrid, İspaniya) - "Roma" (İtaliya) 2:0
İlk oyun - 2:0
Qol: Ronaldo, 64, Xese Rodrigez, 68
"Volfsburq" (Almaniya) - "Gent" (Belçika) 1:0
İlk oyun - 3:2
Qol: Şürle, 74
9 mart
23:45. "Çelsi" (İngiltərə) - PSJ (Fransa)
İlk oyun - 1:2
23:45. "Zenit" (Rusiya) - "Benfika" (Portuqaliya)
İlk oyun - 0:1
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB