Fernando Alonso: "Azərbaycanlılar Formula-1 yarışını çox sevəcəklər" FOTO
Paytaxtımızda keçiriləcək Formula -1 üzrə Avropa Qran Prisinin rəsmi səfiri, ikiqat dünya çempionu, hazırda "McLaren Honda" komandasının heyətində yarışan Fernando Alonso bu gün Bakıda mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, o, Azərbaycanda olmaqdan məmnunluğunu bildirib: "2016-cı il Formula-1 Avropa Qran Prisinə səfir kimi qatılmaq və burada olmaq mənim üçün çox vacibdir. Biz sürətli yolları sınaqdan keçirdik. Mən bütün pilotların adından çıxış edirəm. Bizim üçün burada sürətli yürüşə çıxmaq böyük məmnuniyyət olacaq".
Pilot deyib ki, bu yarışı canlı hiss etmək çox fərqli bir aləmdir: "Adətən insanlar bu yarışı televiziyadan izləyirlər. Ancaq Formula-1-in iştirakçısı olmaq başqa bir hissdir".
F.Alonso əlavə edib ki, Bakıda yarış üçün yüksək şərait yaradılıb: "Burada yollarla yanaşı, gözəl infrastruktur var. Avropa Qran Prisinin təşkilati işləri yüksək səviyyədədir. Hesab edirəm ki, əsrarəngiz yarışın şahidi olacaqsınız".
O, bildirib ki, pilotlar öz avtomobillərini düzgün quraşdırmalıdırlar: "Pilotlar uzun düz yoldan sonra əsas çağırış döngələri zaman sürəti birdən-birə aşağı endirməlidirlər. Avropa Qran Prisində 340 km/saata qədər sürət yığmaq mümkün olacaq".
Pilot Formula-1 yarışının inkişafından da söz açıb. O, qeyd edib ki, Formula-1 son iki il ərzində böyük inkişaf yolu keçib: "Çalışırıq ki, bu yarışı dünyada daha çox tanıdaq, insanlar Formula-1-in tam məğzini anlaya bilsinlər. Formula-1 Azərbaycanda ilk dəfə keçiriləcək. Hesab edirəm ki, azərbaycanlılar bu yarışı çox sevəcəklər. Çünki Formula -1 dünyada ən çox sevilən idman növlərindəndir".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB