Jurnalistlər arasında şahmat yarışı keçiriləcək

Jurnalistlər arasında şahmat yarışı keçiriləcək

Martın 12-də jurnalistlər arasında şahmat yarışı keçiriləcək. SİA-nın məlumatına görə, bu barədə Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsindən məlumat verilib.

Komitədən bildirilib ki, yYarış Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi və Azərbaycan Şahmat Federasiyası tərəfindən təşkil olunacaq.

Turnirin təşkilində məqsəd ölkəmizdə idmanın bu növünün təbliğinə və Dünya Şahmat Olimpiadasına dəstək verməkdir.

Turnirin qalibləri Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi tərəfindən mükafatlandırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə