"DÇ-nin təxirə salınmasını maliyyə məsələləri ilə əlaqələndirmək düzgün deyil"
Azərbaycan Yelkənli İdman Federasiyasının mətbuat xidməti məlumat yayıb. SİA-nın xəbərinə görə, məlumatda qeyd olunur ki, 2016-cı ildə Respublikada bir çox beynəlxalq idman yarışlarının keçirilməsi, eyni zamanda Braziliyanın Rio de Janeyro şəhərində baş tutacaq XXXI Yay Olimpiya Oyunları ilə bağlı, yarışların qrafikinin sıxlığını nəzərə alaraq Beynəlxalq Yelkənli İdman Federasiyası ilə razılaşdırmaqla yelkənli qayıqların 470 Olimpiya sinfi üzrə yeniyetmələr arasında dünya çempionatının təxirə salınması ilə bağlı qərar qəbul edilib: "Bu çempionatın yeniyetmələr arasında keçirilməsi nəzərdə tutulmuşdu. Dünya çempionatının təxirə salınmasını maliyyə məsələləri ilə əlaqələndirmək düzgün deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB