“Neftçi” düşərgəsində məşqçi təyinatı

“Neftçi” düşərgəsində məşqçi təyinatı

"Neftçi" futbol klubunun rəhbərliyi baş məşqçisi Əsgər Abdullayevin istefasını qəbul edib. 56 yaşlı mütəxəssisin istəyi müsbət cavablandırılıb. Əsas komandada baş məşqçi vəzifəsi müvəqqəti olaraq idman direktoru Vəli Qasımova həvalə olunub. Belə ki, 47 yaşlı mütəxəssis komandanı ölkə kubokunun dörddəbir final mərhələsi çərçivəsində martın 9-da "Xəzər Lənkəran" ilə cavab oyununa çıxaracaq.

Əsas heyətin ardınca əvəzedici komandanın da məşqçi heyətində dəyişikliklər edilib. Əvəzedicilərin baş məşqçisi vəzifəsini icra etmiş Tofiq Mustafayev əsas komandada köməkçi məşqçi vəzifəsinə təyin olunub. Əvəzedici komandanın baş məşqçi vəzifəsi isə əvvəllər də burada çalışan Samir Əliyevə tapşırılıb. İstefa verən Əsgər Abdullayevin digər köməkçisi Səttar Əliyev əvəzedicilərlə çalışacaq. O, Samir Əliyevin köməkçisi funksiyasını yerinə yetirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə