Bakıda keçiriləcək "Formula-1" üzrə Avropa Qran Prisinin könüllüləri "8 mart - Beynəlxalq Qadınlar Günü" münasibəti ilə Könüllülərin təbriki" adlı aksiya keçiriblər. SİA-nın məlumatına görə, 25-30 könüllü paytaxtda "Fəvvarələr" meydanına yığışaraq xanımları təbrik ediblər. Aksiya zamanı könüllülər öz əlləri ilə düzəltdikləri gülləri xanımlara hədiyyə ediblər.
Təbrik edilənlər arasında şəhərimizə qonaq gələn turistlər də olublar. Aksiya ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) könüllülər üzrə koordinatoru Tural Hümbətov media nümayəndələrinə açıqlamasında bildirib ki, "8 mart - Beynəlxalq Qadınlar Günü" münasibəti ilə könüllülərin kreativ təşəbbüsü şirkət tərəfindən dəstəklənib və onların fəaliyyəti üçün lazımi şərait yaradılıb: "Aksiya iştirakçıları öz əlləri ilə düzəltdikləri gülləri xanımlara hədiyyə etdilər. Biz də onları dəstəklədik. Aksiyada 25-30 könüllü iştirak etdi. Gələcəkdə belə sosial tədbirlərimiz davam edəcək. Qarşıda görəcəyimiz işlər çoxdur. Belə tədbirlərlə könüllülərimiz komanda quruculuğunu gücləndirirlər. Bu da yarış zamanı onların daha güclü işləmələrinə yardımçı olacaq. Qeyd edim ki, könüllülərimiz müxtəlif təbirlərlərdə iştirak etsələr də, bu, sosial aksiya olaraq ilk tədbirdir".
Sonda aksiyada iştirak edən könüllü xanımlar oğlan həmkarları tərəfindən təbrik olunublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB